22 
sen
2023
01:19
208

Zelenski məğlub olacaqlarını etiraf etdi

22 sen, 2023
01:19
208

Zelenski məğlub olacaqlarını etiraf etdi - FOTO

Ukraynanın Prezidenti Volodimir Zelenski Vaşinqtonda amerikalı senatorlarla görüşü zamanı deyib ki, ölkəsi ABŞ-nin köməyi olmasa, münaqişədə məğlubiyyətlə üz-üzə qalar.

“Den.az” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çak Şumer bildirib.

“Hər şeyi mükəmməl şəkildə yekunlaşdıran bir cümlə var idi. Zelenski deyib: “Kömək almasaq, müharibəni uduzacağıq”.


Sentyabrın 21-də ABŞ-nin respublikaçı senatoru Rend Pol bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya yardım üçün girovluqda olan dövlət olmamalıdır. O, Ağ Evin rəhbəri Co Baydeni bu təcrübəni dayandırmağa çağırıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar