ABŞ Konqresinin Nümayəndələr Palatasının Florida ştatından üzvü Anna Paulina Luna Ukraynaya ayrılan vəsaitlərin bir hissəsinin amerikalılara ödənişlər üçün yönəldilə biləcəyini bildirib.
“Fox News”un efirində danışan konqresmen qeyd edib ki, söhbət ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərindən sonra respublikaçılar Konqresin hər iki palatasına nəzarəti saxlayacağı təqdirdə yetkin amerikalılara 5 min dollar ödəniş edilməsi ilə bağlı vədindən gedir.
Luna Trampın bu təklifini uğurlu siyasi təşəbbüslərdən biri adlandırıb. Onun sözlərinə görə, ödənişlər üçün tələb olunan vəsaiti beynəlxalq yardıma ayrılan maliyyənin bir hissəsini yenidən bölüşdürməklə təmin etmək mümkündür.
“Ödənişlər üçün vəsaitin haradan tapılmasına gəlincə... Ola bilsin ki, Ukraynaya yönəldilən vəsaitin bir hissəsini götürüb Amerika vətəndaşlarına verək”, – konqresmen bildirib.

