Çox tez yuxuya getmək hər zaman yaxşı əlamət olmaya bilər.
“El Confidencial” nəşrinin məlumatına görə, nevroloq Konrado Estol bildirib ki, bəzi insanlar yatağa uzandıqdan dərhal sonra yuxuya getmələrini yaxşı yuxunun göstəricisi hesab etsələr də, bu hal əslində yığılmış yuxu çatışmazlığından xəbər verə bilər.
Mütəxəssisin sözlərinə görə, insanın mütəmadi olaraq saniyələr və ya bir neçə dəqiqə ərzində yuxuya getməsi günün sonunda orqanizmin həddindən artıq yorğun olması ilə əlaqəli ola bilər.

Estol bildirib ki, yuxuya getmək üçün optimal müddət təxminən 10–15 dəqiqədir.
Bəzən həddindən artıq yorğun gündən sonra dərhal yuxuya getmək normal hesab olunur. Lakin bu, mütəmadi baş verirsə, orqanizmin daha uzun gecə yuxusuna və ya daha nizamlı yuxu rejiminə ehtiyacı olduğunun əlaməti ola bilər.

