Ağdaşda bədbəxt hadisə baş verib. Rayon sakinini elektrik cərəyanı vurdu nəticəsində həyatını itirib.
Denmedia.az-ın əməkdaşın verdiyi məlumata görə, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub. 60 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimala görə, hadisə Nazim Məmmədov Kür çayından su motoru vasitəsilə həyətyanı sahədəki su çəninə su vurarkən baş verib. Bu zaman onu elektrik cərəyanı vurub və kişi hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq mühavizə orqanları cəlb olunub. Kişinin meyidi götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

