Sentyabrın 11–12-də Günəşdə aktivliyin əsasən aşağı səviyyədə olacağı, lakin güclü alışmaların baş verə biləcəyi gözlənilir.
Bu barədə Tətbiqi Geofizika İnstitutundan bildirilib.
Qeyd olunub ki, 11 və 12 sentyabrda Günəş aktivliyi əsasən aşağı olacaq, lakin M sinifli alışmaların baş verməsi mümkündür.
Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Sinif yüksəldikcə şüalanmanın gücü təxminən 10 dəfə artır.
Mütəxəssislərin sözlərinə görə, belə alışmalar bəzən Günəş plazmasının kosmosa atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

