Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Elçin Ələsgərov, İmran İlyasov, Fərhad Əliyev, Sərxan Şıxiyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanmasında şübhəli bilinərək saxlanılıblar.
Onlardan ümumilikdə 40 kiloqram çəkidə 67 ədəd narkotik tərkibli bitki kolu, eləcə də 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

