ABŞ Prezidenti Donald Tramp Dallasda keçirilən Respublikaçılar Partiyasının forumunda tərəfdarlarını səsvermədə iştirak etməyə səsləyərkən diqqətçəkən ifadələr işlədib.
“The Hill” nəşrinin məlumatına görə, Tramp çıxışı zamanı auditoriyadan seçki günü səsverməyə gedəcəklərinə söz vermələrini istəyib.
“Bilirsiniz, səs verməsəniz nə baş verəcək? Cəhənnəmə gedəcəksiniz. Bunu bilin, yaxşı? Cəhənnəmə düşəcəksiniz və mən bunun sizin başınıza gəlməsini istəmirəm. Ona görə də, xahiş edirəm, gedin və səs verin. Çünki birlikdə kommunistlərə qalib gələcəyik”, – Tramp bildirib.
Dallasda keçirilən tədbir Respublikaçılar Partiyasının aralıq seçkilər ərəfəsində təşkil etdiyi forum çərçivəsində baş tutub.

