Norveç şahzadəsi Astrid Maud İnqeborq 94 yaşında vəfat edib.
Norveç Kral Evinin mətbuat xidmətinin məlumatına görə, şahzadənin ölümü qardaşı, Kral V Haraldın vəfatından iki həftə sonra baş verib.
Bildirilib ki, Astrid 1954–1968-ci illərdə, ümumilikdə 14 il ərzində Norveçin birinci xanımı rolunu yerinə yetirib və ömrünün son günlərinədək rəsmi tədbirlərdə iştirak edib.
Norveçdə “birinci xanım” anlayışı baş nazirin həyat yoldaşına deyil, kral ailəsinin ən yüksək statuslu qadın nümayəndəsinə aid edilir. Astrid bu rolu 1954-cü ildə anası şahzadə Martanın ölümündən sonra üzərinə götürüb.
1968-ci ildə qardaşı Harald Sonya ilə evləndikdən sonra bu status Sonya keçib.
Kral VIII Haakon başsağlığı verərək bildirib ki, şahzadə Astrid fikirlərini açıq deməkdən çəkinməyən insan olub. O, şahzadənin ölümünü böyük itki adlandırıb və onun yoxluğunun dərindən hiss ediləcəyini qeyd edib.





