avq
2023
02:30
191

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - Sizin eviniz...

5 avq, 2023
02:30
191

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - Sizin eviniz...

Sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb.

Den.az bildirir ki, məsələ ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb edir:

“Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd verilib. Amma yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla əlaqədar xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə evlər var ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında tikilib. Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən 250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd verilməlidi. Bu qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə yoxdur. Ola bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən qurumlar tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və bu vaxt tələb edir”.

Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar