ABŞ Prezidenti Donald Tramp iddia edib ki, 2026-cı ilin fevralında İran nüvə silahı əldə etməyə cəmi 3–4 həftə qalmışdı.
Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb
ABŞ Prezidenti bildirib ki, Vaşinqton İranın yaratdığını düşündüyü nüvə təhlükəsi səbəbindən iqtisadi siyasətində müəyyən dəyişikliklər etmək məcburiyyətində qalıb.
«Biz tariximizdə ən yaxşı iqtisadi göstəricilərə yenicə nail olmuşduq. Lakin İran nüvə silahı əldə etməyə çox yaxın olduğundan kursumuzu bir qədər dəyişməli olduq. Buna üç-dörd həftə, bəlkə də daha az vaxt qalmışdı», – deyə Tramp bildirib.
O vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz.
«Əgər onlar nüvə silahı əldə etsəydilər, hər şey bitərdi. Biz buna yol verə bilmərik», – deyə ABŞ lideri əlavə edib.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın sonunda Tehranın nüvə silahı əldə etmək ərəfəsində olduğu barədə iddiaları təkzib edib.
Nazir bu cür açıqlamaları yalan adlandıraraq İranın nüvə silahı yaratmağa yaxın olması barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

