Payız mövsümünün sevilən meyvələrindən olan əncir yenidən aşpazların diqqət mərkəzinə düşüb. Bu mövsüm Rusiyanın bir sıra restoranlarında əncirdən hazırlanan müxtəlif yemək və desertlərə daha çox rast gəlinir.
Aşpazlar ənciri payızın əsas mövsümi məhsullarından biri adlandırırlar. Restoran menyularında pendir və qurudulmuş qaz əti ilə əncir karpaççosu, əncirli tart-taten, təzə əncir və moruqla hazırlanan badamlı tart kimi yeməklər yer alır.
Əncirə marağın artmasının səbəblərindən biri də onun mövsümünün qısa olmasıdır. Əncir mövsümü əsasən avqustdan oktyabradək davam edir.

Lakin bu meyvənin dadını daha uzun müddət qorumaq üçün onu mürəbbə, cem və ya şəkərlənmiş meyvə şəklində hazırlamaq mümkündür.
Şəkərlənmiş əncir resepti
Lazım olan ərzaqlar:
-
Limon turşusu əlavə edilmədən hazırlanmış əncir mürəbbəsi
-
Portağal qabığı – zövqə görə
-
Şəkər tozu – üzərinə səpmək üçün
Hazırlanma qaydası:
-
Əvvəlcə limon turşusu əlavə etmədən əncir mürəbbəsi hazırlanır.
-
Mürəbbədəki əncirlər süzgəcə yığılır və şirəsi tam süzülənədək saxlanılır.
-
Daha sonra hər əncirin içinə kiçik bir parça portağal qabığı yerləşdirilir.
-
Əncirlər şəkər tozuna bulanır.
-
Son olaraq meyvələr sobaya davamlı tor və ya süzgəc üzərində zəif temperaturda isidilmiş sobaya qoyularaq qurudulur.

Hazır şəkərlənmiş ənciri çay süfrəsində şirniyyat kimi təqdim etmək olar.
Əncir mürəbbəsindən isə yalnız çay yanında deyil, müxtəlif desertlərin hazırlanmasında da istifadə etmək mümkündür.

Məsələn, əncir mürəbbəsi ilə hazırlanan kekslər özünəməxsus dadı ilə seçilir. Bişmə zamanı əncir parçaları marmeladı xatırladan yumşaq quruluş alır.

Bundan başqa, əncir mürəbbəsini vetçinalı pizzaya əlavə edərək şirin və duzlu dadların fərqli birləşməsini əldə etmək olar.

