Hollivudun məşhur aktyoru, 64 yaşlı Cim Kerri özündən 32 yaş kiçik sevgilisi Min Ah ilə ailə qurub.
Cütlüyün toy mərasimi ABŞ-ın Los-Anceles şəhərində yaxınlarının iştirakı ilə qapalı şəkildə keçirilib.
Məlumata görə, 32 yaşlı Min Ah aktrisa və rəssamdır. Cütlük uzun müddətdir münasibətdə olsa da, şəxsi həyatlarını ictimaiyyətdən uzaq tutmağa üstünlük veriblər.
Cim Kerri və Min Ah ilk dəfə 2026-cı ilin fevralında Parisdə keçirilən «César» kino mükafatlarının təqdimetmə mərasimində birlikdə ictimaiyyət qarşısına çıxıblar.

Həmin mərasimdə fəxri mükafata layiq görülən aktyor çıxışı zamanı Min Aha təşəkkür edərək onu «möhtəşəm həyat yoldaşım» adlandırıb və sevgisini dilə gətirib.
Cütlüyün evlənməsi münasibətlərini ictimaiyyətə açıqlamalarından təxminən 7 ay sonra baş tutub.
Bu, Cim Kerrinin üçüncü evliliyidir. Aktyor daha əvvəl 1987–1995-ci illərdə Melissa Vomer, 1996–1997-ci illərdə isə aktrisa Loren Holli ilə evli olub.
Qeyd edək ki, Cim Kerri «Maska», «Truman şousu», «Brüs Qüdrətli» və digər məşhur filmlərdəki rolları ilə tanınır.

