Almaniya kansleri Fridrix Merzin fəaliyyətindən məmnunluq səviyyəsi rekord həddə enib. Son sorğuya əsasən, ölkə vətəndaşlarının yalnız 10 faizi onun fəaliyyətindən razıdır.
Bu barədə Welt nəşri məlumat yayıb.
Araşdırmaya görə, respondentlərin 88 faizi Merzin kansler kimi fəaliyyətindən narazı və ya tamamilə narazı olduğunu bildirib.
Məlumata əsasən, sentyabr ayı ilə müqayisədə Merzin fəaliyyətindən razı qalanların payı 3 faiz bəndi azalıb.
Sorğuda Almaniya hökumətinin fəaliyyətindən məmnunluq səviyyəsi də araşdırılıb. Nəticələrə görə, respondentlərin yalnız 10 faizi federal hökumətin işindən razı, 89 faizi isə narazıdır.
Eyni zamanda, Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) ümumi dəstək göstəricisi 20 faiz təşkil edib.

