Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

