21 
iyl
2023
12:44
367

Sumqayıtda Polis əməliyyat keçirib, 15 fiziki və vəzifəli şəxs cərimə edilib

21 iyl, 2023
12:44
367

Sumqayıtda Polis əməliyyat keçirib, 15 fiziki və vəzifəli şəxs cərimə edilib -FOTO

Sumqayıtda “Yaşıl dərə” yaşayış massivi, eləcə də Samur-Abşeron su kanalında ətraf mühiti çirkləndirən 15 fiziki və vəzifəli şəxs cərimə edilib

 
"Den.az" xəbər verir ki, Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Tədbiri zamanı şəhərin “Yaşıl dərə” yaşayış massivində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları polis əməkdaşları tərəfindən aşkar olunub. Həmçinin, Samur-Abşeron su kanalını məişət tullantıları və çirkab suları ilə çirkləndirən şəxslər də inzibati məsuliyyətə cəlb ediliblər. Sumqayıt şəhərinin qeyd edilən ərazisində keçirilən tədbir zamanı ümumilikdə 15 fiziki və vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 244-cü (torpaqların zibillənməsi və korlanması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 266.4-cü (tutumların (urnaların) yerləşdirilməsi zamanı məsafənin nəzərə alınmaması) maddələrinin tələblərinə uğun olaraq cərimə edilib.
Qeyd edək ki, sənaye və məişət tullantılarının qalaqlanması, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması hallarına qarşı polis əməkdaşları tərəfindən son günlər respublikanın hər bir bölgəsində bu cür tədbirlər keçirilir. Bildirmək istəyirik ki, bu iş mövsümi və kompaniya xarakteri daşımır. Sadalanan neqativ halların qarşının alınması və ölkəmizdə mövcüd olan ekoloji təhlükəsizlik mühitinin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir.


 Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar