Ekspress-pəhrizlər orqanizmdə ciddi stress yaradır. DenMedia.az xəbər verir ki, bunu Lady.Pravda.Ru-ya müsahibəsində diyetoloq Anna Qordeyeva bildirib. Onun sözlərinə görə, kəskin qida məhdudiyyətləri ödem, apatiya və digər problemlərlə nəticələnə bilər. “Ekspress-pəhrizlər bədən üçün stressdir. Onlardan sonra maddələr mübadiləsi yavaşıyır, orqanizm ödem və apatiya ilə reaksiya verir. Tez arıqlamaq mümkündür, amma nəticəni qorumaq artıq başqa hekayədir. Ən doğru yanaşma — "möcüzə pəhriz" axtarmaq yox, şüurlu qidalanma vərdişi formalaşdırmaqdır. Gözəllik rəqəmlərlə ölçülmür,” — deyə Qordeyeva vurğulayıb. Mütəxəssis ekspress- pəhrizlərə alternativ olaraq yüngül detoks proqramlarını məsləhət görüb. Məsələn, daha çox smuzi, tərəvəz, zülal qəbul etmək və su balansını qorumaq. Bu cür proqramlar orqanizmi təmizləyir, amma maddələr mübadiləsini pozmur, — deyə Qordeyeva əlavə edib.
Diyetoloq: Ekspress-pəhrizlər bədəni stresə salır
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

