Şəhid balası, şəhid yadigarı...
Vətən fədaisinin əmanəti...
Onlar böyüdükcə, yaşa dolduqca atalarının kim olduğunu anlayacaqlar. "Sən şəhid oğlusan!", "Sən şəhid qızısan!" sözlərini qürurla dinləyəcəklər.
Bu müqəddəs ad onlara təsəlli gətirəcək, həyat eşqi və mübarizə ruhu aşılayacaq. Bu gün isə onlar bütün cəmiyyət üçün bir əmanətdir.
Şəhid əmanəti!
Şəhidlərimizin əmanətlərinə sahib çıxmaq, onları qorumaq, hər bir anlarında yanlarında olmaq bizim borcumuzdur.
Daha bir şəhid ailəsində sevincli anlar yaşanıb. Füzuli rayon Əhmədbəyli kəndindəki şadlıq saraylarının birində Şəhid Elgün Paşayevin oğlu İlham üçün kiçik toy məclisi keçirilib.
"Den.az" xəbər verir ki, Şəhidin məzarının ziyarəti ilə başlayan tədbirdə balaca İlhamın yaxınları, doğmaları, rayon ictimaiyyət nümayəndələri, təhsil aldığı məktəbin rəhbərliyi, müəllim kollektivi və eləcə də Şəhid ailələri yaxından iştirak ediblər.
Balaca İlhamın doğmaları onların yanında olduqları üçün məclis iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
Sonra çıxışlar edildi, təbriklər səsləndirildi.
Daha sonra bir-birindən gözəl musiqilər, mahnılar səsləndirildi, rəqslər ifa edildi.
Qeyd edək ki, İlhamın atası Paşayev Elgün İlham oğlu 2020-ci oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.Şəhid Paşayev Elgün İlham oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidimizin ruhu şad, oğlunun kiçik toyu mübarək olsun.
Böyük toyunu görək, Şəhid balası !
Füzulidə duyğulu anlar: Şəhid əmanətinin möhtəşəm toyundan görüntülər - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.