İrandan Azərbaycana idxal olunan 1680 kq qənnadı məmulatında kif və maya göbələkləri aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, aparılan nəzarət tədbirləri çərçivəsində Maryam Naderi Zarneh şirkətinə məxsus, Chinar Lunch Catering Service MMC tərəfindən idxal edilən nuga məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinələr nəticəsində məhsulun kif və maya göstəriciləri üzrə normativlərə uyğun olmadığı müəyyən edilib.
Qəbul edilən qərara əsasən, aşkarlanmış uyğunsuzluğa görə məhsul partiyası məhv edilib.

