Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə Hindistandan idxal olunan bioloji fəal qida əlavəsində normativ tələblərə uyğunsuzluq aşkarlayıb.
Agentliyin məlumatına görə, JMB Pharmaceuticals tərəfindən istehsal edilən və “Pregnola” ticarət nişanı ilə Beneva MMC tərəfindən idxal olunan 4500 ədəd məhsul laborator müayinəyə göndərilib. Məhsulun istehsal tarixi 01.05.2025, yararlılıq müddəti isə 01.04.2027-dir.
Aparılan sınaqlar nəticəsində partiyanın tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyası məhv edilib.

