Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan vətəndaşlarından həcc ziyarəti üçün sənəd qəbulu müddətinin 7 mart tarixinədək uzadıldığını açıqlayıb. Bu barədə idarənin Xarici əlaqələr şöbəsinin müdiri, həcc üzrə elektron sistemin rəhbəri Vüsal Cahangiri məlumat verib, Denmedia.az xəbər verir. Onun sözlərinə görə, qərar Ministry of Hajj and Umrahın göstərişləri, eləcə də xaricdə və regionlarda yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib. “Vətəndaşlarımızdan xahiş edirik ki, gecikməsinlər. Qeyd olunan tarixdən sonra müddət bir daha uzadılmayacaq”, – deyə Vüsal Cahangiri bildirib.
Həcc ziyarəti – Sənədlərin qəbulu 7 marta qədər davam edəcək
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

