Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı iddia edilir.
Xezerxeber.az-ın xəbərinə görə, qəsəbədə Pərviz Musayev küçəsinin sakinləri bildirir ki, evlərinə avtomobillə gedə bilmirlər. Buna səbəb avtomobil yolunun qanunsuz olaraq bir gecənin içində satılmasıdır.
Hazırda sakinlər çarəsiz qalıb. Yolun qazılmasından sonra avtomobillər də hərəkət edə bilmir.
Mövcud məsələdən Mehdiabad qəsəbə Bələdiyyəsi də xəbərdardır. Hətta sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçirilib.
Bələdiyə sədri “Xəzər Xəbər”ə bildirib ki, yolun qazılan hissəsi həqiqətən də qanuni olaraq bir şəxsə aiddir. Orada sonradan yol salınıb. İndi sahibi həmin ərazini tələb edir. Onunla danışıq aparılıb və alternativ ərazi təklif edilib.
Vətəndaşlar bildirib ki, problem qısa vaxt ərzində həll olunmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Mehdiabad qəsəbəsində yaşayış evlərinə gedən yolu satıblar... İDDİA-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.