Şüvəlan-Mərdəkan yolunda işləyən fəhlələr iddia edir ki, onları işlədərək pullarını vermirlər.
"Den.az"-ın xəbərinə görə, işçilər bildirir ki, əvvəl işlədiklərinin qarşılığında pullarını normal qaydada alsalar da, sonra onlara nəzarət edən işçilər dəyişdirilib və bundan sonra problemlər başlayıb.
İşçilər bildirdilər ki, onları işlədən şirkətin rəhbərlərinə dəfələrlə müraciət ediblər, lakin heç bir nəticə yoxdur.
"Hətta artıq onlara cavab belə verilmir."
"Elə biz də işçilərlə birlikdə şirkət nümayəndələrinin olduğu əraziyə getdik, qapını döysək də açan olmadı."
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin yolun tikintisiylə bağlı Abadlıq Xidməti sifarişçidir.
"İşçilərin əmək haqqını da tam şəkildə sifarişçisi olduğu şirkətə ödəyib."
Şirkətin özünün daxilində hansısa problem yarandığından, həmin pulları fəhlələrə ödənməyib. Ancaq buna baxmayaraq, Bakı Abadlıq Xidməti bir gün ərzində fəhlələrin məvacibini ödəməyə təminat verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Dövlət Qurumunun sifarişçisi olduğu işlə bağlı fəhlələrin PULU ÖDƏNİLMƏYİB... - FOTO VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.