Narin Güranın qətli ilə bağlı yeni görüntülər üzə çıxıb.
Den.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,noyabrın 7-də başlayan məhkəmə iclasında təqsirləndirilən şəxslərin və şahidlərin müdafiəsi dinlənilib. Araşdırma çərçivəsində Narinin həbsdə olan qardaşı Enes Güranın üzərindəki yaralarla bağlı diqqətçəkən görüntülər paylaşılıb.
Narin Güran qətli ilə bağlı əks olunan görüntülərin də sübut kimi araşdırıldığı bildirilib.
Qeyd edək ki, qardaş Enes Güran məhkəmədə "Yadımda olmayan şeylər var. Hadisə ilə bağlı şokda olduğum üçün belə oldu" açıqlamasını edib.