Avropa İttifaqı Rusiya və ABŞ ilə Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə etmək niyyətində deyil.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Polşanın xarici işlər naziri Radoslav Sikorski və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında açıqlama verib.
“Bir prinsipial məqamı vurğulamaq istəyirəm. Bizim artıq Avropa təhlükəsizlik arxitekturamız mövcuddur. NATO və Avropa İttifaqının hər biri öz rolunu yerinə yetirir”, – deyə Kallas bildirib.
O, həmçinin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda Avropa İttifaqının da iştirak etməli olduğunu bir daha vurğulayıb.

