Bir dövrün ən sevilən türk seriallarından olan “Öyle Bir Geçer Zaman Ki”nin aktyorları Ayça Bingöl və Emir Berke Zincidi illər sonra yenidən bir araya gəliblər.
Serialda ana və oğul – Cəmilə və balaca Osman obrazlarını canlandıran aktyorların birlikdə çəkdirdikləri foto sosial şəbəkələrdə böyük maraq doğurub.

Hazırda 21 yaşı olan Emir Berke Zincidinin illər ərzində dəyişən görünüşü izləyiciləri təəccübləndirib.
Gənc aktyor Ayça Bingöllə fotosunu sosial şəbəkə hesabında “Zaman necə də ötüb keçib” qeydi ilə paylaşıb.

Xatırladaq ki, 2010-cu ildə yayımlanmağa başlayan “Öyle Bir Geçer Zaman Ki” serialı 2013-cü ildə başa çatıb. Zincidi həmin ekran işində rol alarkən hələ beş yaşına çatmamışdı.

