Noyabrın 8–9-da Bakı, Abşeron yarımadası və Azərbaycanın bir sıra bölgələrində güclü külək gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bununla əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.
Narıncı xəbərdarlığa əsasən, Bakı və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Neftçala, Hacıqabul, Qobustan, Qusar, Xızı, Goranboy, Daşkəsən və Ağstafada qərb küləyinin sürəti 20,8–28,4 m/s-dək güclənəcək.
Sarı xəbərdarlıq isə Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Salyan, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdəni əhatə edir.
Bu ərazilərdə qərb küləyinin sürətinin 13,9–20,7 m/s olacağı proqnozlaşdırılır.

