İranda ABŞ-nin mümkün nüvə zərbəsi ilə bağlı əhaliyə yod həbləri paylanmağa başlanıb.
“The Times” qəzetinin məlumatına görə, bu tədbir ABŞ-nin İranın Nətənz nüvə kompleksinin yaxınlığında yerləşən yeraltı “Pickaxe Mountain” obyektinə mümkün nüvə hücumu ilə bağlı narahatlıqlar fonunda həyata keçirilir.
Nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri və radioaktiv qəza zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar verilir.
Həblərin paylanması mümkün radiasiya təhlükəsinə qarşı ehtiyat tədbiri kimi qiymətləndirilir.

