Koronavirusun yeni PJ.2.1 ştamının digər variantlardan fərqlənən əlamətləri açıqlanıb.
Tibb elmləri doktoru, infeksionist və virusoloq Yelena Malinnikova bu barədə RİA Novosti agentliyinə danışıb.
Mütəxəssisin sözlərinə görə, yeni ştama yoluxan şəxslərdə boğaz ağrısı daha güclü ola, infeksiyadan sonra halsızlıq isə daha uzun müddət davam edə bilər.
Virusoloq Rusiyada koronavirusun bütün ştamlarını aşkar etməyə imkan verən müasir test sistemlərinin mövcud olduğunu da xatırladıb. Onun sözlərinə görə, bu sistemlər virusun mutasiyaya uğramış variantlarını da müəyyənləşdirməyə imkan verir.

