40 yaşdan yuxarı qadınlarda xroniki iltihabın çox vaxt diqqətdən yayınan əlamətləri açıqlanıb.
Terapevt Taz Bhatia bu barədə “Woman's World” nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, daimi yorğunluq, tez-tez infeksiyalara yoluxma, səhərlər oynaqlarda sərtlik və ağrı, diqqətin zəifləməsi, eləcə də pəhriz və idmanla azalmayan qarın piyləri xroniki iltihabın mümkün əlamətləri sırasındadır.

Mütəxəssis sızanaq, ekzema və digər dəri səpkilərinin də iltihabi proseslərlə əlaqəli ola biləcəyini bildirib. O, 40 yaşdan sonra bu əlamətlərin menopauza ilə üst-üstə düşərək daha qabarıq görünə biləcəyini vurğulayıb.
Bhatia xroniki iltihabın azaldılması üçün balanslı qidalanmanı tövsiyə edib. Onun sözlərinə görə, qida rasionuna zeytun yağı, balıq, papaya, avokado, zəncəfil, karri, sarıkök və darçın əlavə etmək faydalı ola bilər.

