ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı münaqişənin həlli ilə bağlı görüşlərin və telefon danışıqlarının davam etdiyini açıqlayıb.
Tramp jurnalistlərə açıqlamasında hər iki tərəfin ilk dəfə münaqişəni nizamlamaq istəyi nümayiş etdirdiyini bildirib.
“Rusiya və Ukrayna ilk dəfədir ki, münaqişəni həll etmək istəyir. Görüşlərimiz keçirilir. Bu gün telefon danışıqlarım var, sabah üçün də danışıqlar planlaşdırılıb”, – deyə ABŞ Prezidenti vurğulayıb.

