Türkiyəli məşhur seysmoloq Naci Görür Çanaqqalanın zəlzələyə davamlı şəhər olmadığını və bölgənin ciddi təhlükə altında olduğunu bildirib.
Den.az xəbər verir ki, o, bu barədə Çanaqqala Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən "Çanaqqalanın Zəlzələyə Davamlılığı" adlı konfransda çıxışı zamanı danışıb.
"Çanaqqala zəlzələyə davamlı şəhər deyil. Onun yerləşdiyi ərazi seysmik cəhətdən aktivdir. Özünüzü aldatmayın. Buradakı hər bir qırılma xətti 7 və daha çox bal gücündə zəlzələyə səbəb ola bilər", - deyə Görür bildirib.
O əlavə edib ki, Çanaqqalanın möhkəm yerləri şimal və cənubdakı dağlıq ərazilərdir. "Şimali Anadolu və Marmara bölgələrində zəlzələ gözlənilir. Siz bu iki aktiv qırılma xəttinin ortasında, üstəlik seysmik baxımdan riskli ərazidə yerləşirsiniz", - deyə seysmoloq xəbərdarlıq edib.Milli.az
Türkiyənin bu ərazisi ilə bağlı 7 ballıq zəlzələ XƏBƏRDARLIĞI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.