iyl
2023
18:57
201

Bakıda binalar zəlzələyə nə qədər davamlıdır? - RƏY

5 iyl, 2023
18:57
201

Bakıda binalar zəlzələyə nə qədər davamlıdır? - RƏY

İyul ayının 4-də Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bal gücündə zəlzələ olub. Baş verən zəlzələ Bakıda tikilən binalar barəsində düşünməyə vadar edir. Artıq bəzi insanlar arasında da qorxu yaranıb ki, ölkədə zəlzələ olsa, binalar tab gətirməyəcək.

Den.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələlri üzr ekspert Ramil Osmanlı bildirib ki, paytaxtda tikilən binaların keyfiyyətində problem yoxdur.

"2007-ci ilə qədər tikilən binaların keyfiyyətində problemlər var idi. Lakin ondan sonra tikintiyə nəzarətin gücləndirilməsi bu problemi demək olar ki, aradan qaldırıb. Amma, demək olmaz ki, tikilən bütün yaşayış binaları keyfiyyətlidir. Binaların böyük əksəriyyəti standartlara cavab verir və zəlzələyə davamlılığı da 8-9 bala dözümlüdür."


R. Osmanlı qeyd edib ki, köhnə binalar haqqında bunu demək isə çətindir.

"Beləki köhnə binalar fiziki baxımdan amartizasiya olunur. Köhnə binalarda nə qədər təmi-bərpa işləri görülsə də aşınmasının qarşısını almaq mümkün deyil. Çünki həmin binaya istifadə olunan tikinti materialları fiziki baxımdan faydalılıq müddəti var. Bu müddət də müəyyən coğrafiyadan, texnogen, hava və digər şəraitlərdən asılı olaraq dəyişir. Azərbaycanda tikinti materialları üzrə qapalı şəraitdə faydalılıq müddəti təxminən 100 il, açıq şəraitdə isə 50-70 il arasında dəyişir. Buna əsaslanaraq deyə bilərik ki, sovet dövründə tikilmiş binaların bir çoxu fiziki baxımdan istifadə müddətini başa vurub. Belə binaların çoxu istifadəyə yararsız və təhlükəlidir", - deyə o qeyd edib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır. Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar