Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.
Denmedia.az Globalinfo.az- a istinadən xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.
Əlverişsiz hava şəraiti axtarış- xilasetmə işlərini çətinləşdirib.
Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.