Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,9 baş gücündə zəlzələ baş verib.
DenMedia.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:35-də (Bakı vaxtı ilə 13:35) qeydə alınıb.
Zəlzələnin ocağı yerin 7,72 kilometr dərinliyində yerləşib.
Zəlzələ Balıkesirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss olunub.