Türkiyənin paytaxtı Ankarada hiss olunan zəlzələ qeydə alınıb.
Denmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların maqnitudu 4,1 olub.
Hadisə zamanı insanlar evlərini tərk edərək küçələrə çıxıblar.