Türkiyənin Kütahya şəhərində 4,5 bal gücündə zəlzələ olub.
“Denmedia.az” Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 01:48-də baş verib.
Yeraltı təkan 10.31 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, ötən gün də Kütahyada 5,4 və 4 bal gücündə zəlzələlər olub.