Türkiyənin Kütahya vilayətində yenidən zəlzələ baş verib.
DenMedia.az xəbər verir ki, yeraltı təkanlar 4 maqnituda gücündə olub.
Qeyd edək ki, bu gün Türkiyənin Kütahya vilayətinin Simav rayonunda zəlzələ olub. Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin (AFAD) yaydığı məlumata görə, 5,4 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 12:59-da qeydə alınıb.
Zəlzələ İstanbul və İzmirdə hiss edilib.