Avropa Parlamentinin "Avropa Konservatorları və İslahatçıları" fraksiyasından olan isveçli deputat Çarli Veymers, müsəlman qadınların baş örtüyü (hicab) ilə parlament binasına daxil olmasının qadağan edilməsi barədə petisiya başladıb.
DenMedia.az xəbər verir ki, bu barədə Politico nəşri sənədə istinadən məlumat yayıb.
Petisiyada bildirilir ki, belə bir qadağa institusional neytrallıq və bərabərlik prinsiplərini gücləndirəcək, həmçinin qadınların hüquqlarının genişləndirilməsi üçün güclü bir mesaj olacaq. Veymers iddia edir ki, baş örtükləri şəxsiyyətin müəyyənləşdirilməsi və təhlükəsizlik yoxlamaları zamanı çətinlik yarada bilər.
Veymers bu təşəbbüsün geniş dəstək qazanacağına ümid etdiyini bildirsə də, artıq Avropa Parlamentində ciddi tənqidlərə tuş gəlib.
Fransadan olan deputat Hana Cəllul petisiyanı belə dəyərləndirib:
“Bu sənəd nifrətlə, seksizmlə və islamofobiya ilə doludur. Qadın azadlığına deyil, dini ayrı-seçkiliyə xidmət edir.”

