ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri Rusiyayla mümkün qarşıdurmaya hazırlıq aparır.
DenMedia.az xəbər verir ki, bu barədə The National Interest jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, yay aylarında ABŞ-ın “yaşıl baret” adlanan xüsusi təyinatlıları Avropa ölkələrinin xüsusi bölmələri ilə birgə təlimlər keçirib, burada Rusiya ilə mümkün toqquşma ssenariləri üzərində işlənib.
İki ayrı təlimdən biri ABŞ-da, digəri isə Avropada baş tutub.
Bu müddətdə amerikalı hərbçilər Polşa və Böyük Britaniyanın xüsusi əməliyyat qüvvələri ilə birlikdə fəaliyyət göstəriblər.
Birgə manevrlərin məqsədi – Moskvanın potensial təhdidlərinə qarşı operativ hazırlığı artırmaq və ABŞ-ın Avropadakı müttəfiqləri ilə hərbi əməkdaşlığı gücləndirməkdir.