Cənubi Koreyanın “Yonhap” agentliyi Milli Kəşfiyyat Xidmətinin məlumatına istinadən xəbər verir ki, KXDR Rusiyaya minlərlə hərbçi göndərməyə başlayıb. Onlar döyüş əməliyyatları nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək üçün işləyəcəklər.
Məlumata görə, təxminən 5 min mühəndis qoşunları əsgəri Rusiyaya gəlməlidir. Daha 1 min nəfər isə minalardan təmizləmə üzrə ixtisaslaşacaq.
Ümumilikdə Seulun bildirdiyinə görə, Pxenyan Rusiyaya 10 minədək hərbçi göndərməyi planlaşdırır.

