Honkonqdakı Wang Fuk Court yaşayış kompleksində baş verən dəhşətli yanğın zamanı həlak olanların sayı 94 nəfərə yüksəlib. Bu barədə məlumatı Xinhua agentliyi yanğınsöndürmə xidməti istinadən yayıb.
27 noyabrda South China Morning Post fərqli rəqəmlər açıqlamışdı: 83 nəfər ölü, 76 nəfər yaralı. Nəşrin məlumatına görə, yanğın binada aparılan təmir işləri zamanı bir işçinin məsuliyyətsiz şəkildə siqaret çəkməsi nəticəsində başlaya bilərdi.
26 noyabrda Tai Po rayonunda yerləşən kompleksdə bir neçə yüksək mərtəbəli bina alova bürünmüşdü. Təxminən 4 min nəfərin yaşadığı ərazi 17 ildə görülmüş ən böyük yanğınla üzləşdi. Hadisəyə ən yüksək təhlükə səviyyəsi verildi. Xilasedicilər sakinlərin böyük hissəsini təxliyə etməyə nail oldular.
Çin Xalq Respublikasının Sədri Si Cinpin yerli hakimiyyətə çağırış edərək bildirib:
“İtkilərin azaldılması üçün bütün imkanlar səfərbər edilməlidir.”
O, həmçinin zərərçəkənlərə başsağlığı verib.

