Milyarder İbrahim Süleymanovun qətllərin təşkilində ittiham olunduğu cinayət işində “Tarkovski” təxəllüsü altında keçən məxfi şahid ortaya çıxıb. Bu barədə məlumatı istintaq materiallarına istinadən RİA Novosti yayıb.
Süleymanovun həbsindən sonra ümumilikdə 27 axtarış, 35 ekspertiza aparılıb, onun yaxın çevrəsindən 26 şahid dindirilib. Məxfi şahid “Tarkovski” biznesmenin vəkil İlya Perequdova qarşı sui-qəsddə iştirakına işarə edir, lakin müdafiə tərəfi bu məlumatları “şayiə” hesab edir.
“Şahidlər arasında məlumatları məxfi saxlanılan bir nəfər var. O, materiallarda ‘Tarkovski’ təxəllüsü ilə keçir,” — sənədlərdə qeyd olunub.
İbrahim Süleymanov 2 oktyabr gecəsi Moskvada saxlanılıb. Ertəsi gün Moskvanın Basman rayon məhkəməsi onu 2 dekabradək həbsdə saxlanılması barədə qərar verib. Milyarder, xüsusilə, 2004-cü ildə sifarişli qətlin təşkilində şübhəli bilinir.
İstintaqın versiyasına görə, Süleymanov paytaxt aeroportlarının iflası ilə məşğul olan Georgi Talyəni sifariş edib. 112-nin yazdığına görə, Talyəyə Moskvanın mərkəzində atəş açılıb. O, xəstəxanaya yerləşdirilib, lakin bir neçə saat sonra aldığı xəsarətlərdən reanimasiyada vəfat edib. Süleymanov isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

