ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Ağ Evə namizədliyini irəli sürmək üçün növbəti cəhdə hazırlaşır.
Axios yazır ki, keçmiş vitse-prezident bu həftə 2028-ci il seçkilərində potensial rəqiblərinə prezidentlik kampaniyasında şanslarını qorumaq üzərində çalışdığını açıq şəkildə bildirib.
Məqalədə qeyd olunur ki, Harris Demokrat Partiyasının 2028-ci il praymerizləri ərəfəsində aparılan əksər ictimai rəy sorğularında hələ də lider mövqedədir. O, eyni zamanda qaradərili seçicilər arasında güclü dəstəyə malikdir.
Bununla yanaşı, nəşr vurğulayır ki, prezident praymerizlərindən iki il əvvəl aparılan ümummilli sorğular “ziyafətlərdə müzakirə mövzusu olmaq üçün yaxşıdır, amma bundan artığı deyil”.

