Tovuzda hamilə qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Məmmədzadə saxlanılıb.
Hadisə Tovuz “ASAN xidmət” Mərkəzinin qarşısında baş verib.
Bıçaq xəsarəti alan hamilə qadın xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.
Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

