Londonda zərgərlik mağazasına gizli keçid açaraq oğurluq etməyə çalışan üç nəfər polis tərəfindən saxlanılıb.
Polis mağazanın yaxınlığında şübhəli hərəkətlər barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib.
Əməliyyat zamanı 38 yaşlı Laurentiu-Daniel Nitisоaru yaxınlıqdakı masaj salonunun yerləşdiyi binadan qaçarkən yaxalanıb.
Polis daha sonra onun 39 yaşlı əlbir olduğu İoan Asafetini binanın damında aşkar edərək saxlayıb.
Binaya baxış zamanı şəxslərin masaj salonunun divarında dəlik açaraq zərgərlik mağazasına gizli keçid hazırladıqları müəyyən edilib. Ərazidə içərisində müxtəlif alətlər olan çantalar da tapılıb.

Lakin polis vaxtında müdaxilə etdiyi üçün oğrular mağazadan heç nə apara bilməyiblər.
Cinayətkar qrupun üçüncü üzvü, 42 yaşlı Serc iu Plastina isə həmin gün ölkəni tərk etməyə çalışarkən hava limanında saxlanılıb.
Araşdırmalar zamanı üç nəfərin Londonun müxtəlif ərazilərində törədilən və ümumilikdə 700 min funt sterlinqdən çox vəsaitin oğurlandığı bir sıra cinayətlərdə iştirak etdiyi üzə çıxıb.
Məhkəmənin hökmü ilə hər üç şəxs azadlıqdan məhrum edilib.

