ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarından təyyarələrin uçuşunu müvəqqəti dayandırıb.
Məlumata görə, qərar ABŞ-nin milli hava məkanı sistemində rabitə problemlərinin yaranması ilə əlaqədar qəbul edilib.
Nasazlıq ölkə üzrə hava hərəkətini idarə edən 22 regional mərkəzin fəaliyyətinə təsir göstərib.
FAA uçuş təhlükəsizliyini təmin etmək məqsədilə bütün hava limanlarında təyyarələrin havaya qalxmasına müvəqqəti məhdudiyyət tətbiq edib.
Artıq havada olan təyyarələrin təhlükəsiz enişinə icazə verilib. Beynəlxalq reyslərlə bağlı qərarlar isə fərdi qaydada qəbul olunur.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi texniki mütəxəssislərin problemin səbəbini araşdırdıqlarını bildirib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə hadisənin qəsdən törədilmiş hücum olduğunu göstərən sübutların hələlik aşkarlanmadığını açıqlayıb.
Nasazlığın dəqiq səbəbi və uçuşların normal rejimdə nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

