Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mövsümün son Toxum sərgi-satış yarmarkası, növbəti Aqrar Biznes Festivalı və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi keçirilib.
Tədbirdə fermerlər, toxumçuluq təsərrüfatlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.Tədbirin əsas istiqamətlərindən biri olan toxum sərgi-satış yarmarkasında fermerlərə sertifikatlı toxum nümunələri təqdim olunub və toxumların satışı həyata keçirilib. Fərdi və özəl toxumçuluq subyektlərinin nümayəndələri tərəfindən təqdim olunan toxum sortlarının xüsusiyyətləri, becərilmə qaydaları və məhsuldarlıq potensialı barədə məlumat verilib.Çıxışlarda bildirilib ki, Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə həyata keçirdiyi tədbirlərin əsas məqsədinin aqrar yeniliklərin fermerlərə çatdırılması, müasir texnologiyaların tətbiqinin təşviqi və kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi olduğunu bildirib. O, cari dövrədək bölgələrdə 100-dən artıq Aqrar Biznes Festival, o cümlədən toxum sərgi-satış yarmarkası, məhsul festivalının keçirildiyini qeyd edib.Tədbir çərçivəsində mövsüm ərzində təşkil olunan toxum sərgi-satış yarmarkalarında fəal iştirak edən toxumçulara təşəkkürnamələr təqdim edilib.Həmçinin“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.Panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və “Unibank”ın nümayəndələri iştirak ediblər.Panel müzakirəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və prioritetləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, aqrar istehsalın və emalın inkişafı, məhsuldarlığın artırılması, fermerlərin dəstəklənməsi və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il ərzində 7 iqtisadi rayonu əhatə etməklə ölkənin 16 rayonunda toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkaların təşkil olunduğu rayonlardan 15-i Dövlət Proqramında buğda bitkisi üzrə ixtisaslaşmış 22 rayonun siyahısına daxildir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və prioritetləri barədə məlumatlılığın artırılması və təşviqi məqsədilə ixtisaslaşmış rayonları əhatə edən növbəti panel müzakirələrinin Salyan, Şabran və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulur.

