Noyabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Mülayim cənub-qərb küləyi günün ikinci yarısından etibarən güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10–14, gündüz 16–21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60–70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarından başlayaraq şimal və qərb rayonlarının bəzi yerlərində arabir yağıntı olacağı proqnozlaşdırılır.
Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi ayrı-ayrı ərazilərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 9–14, gündüz 18–23 dərəcə isti, dağlarda gecə 0–3 dərəcə şaxta, gündüz 8–13 dərəcə isti olacaq.

