Bakıda yeniyetmə qız bıçaqlanıb.
Denmedia.az oxu.az-a istinadla bildirir ki, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində mənzillərdən birində baş verib.
13 yaşlı A.Məmmədova evdə autizm xəstəliyindən əziyyət çəkən 4 yaşlı qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Azyaşlı qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

