Avropa İttifaqı Ukraynadakı müharibənin həlli ilə bağlı danışıqlarda qurumu kimin təmsil edəcəyini müəyyənləşdirməyə hazırlaşır.
EFE agentliyinin məlumatına görə, bunu İrlandiyanın Baş naziri Mixol Martin Dublində keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammiti ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, noyabrın 13-də Avropa İttifaqını sülh danışıqlarında kimin təmsil edəcəyi məsələsi müzakirə olunacaq.
Bir gün əvvəl, noyabrın 12-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bu vəzifəni özü və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın yerinə yetirməli olduğunu bildirib.
“Avropa İttifaqının təhlükəsizliyindən söhbət gedirsə, seçim kifayət qədər konkretdir. Bunlar Aİ Şurasının Prezidenti Koşta və İttifaqın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsidir”, – deyə Kallas vurğulayıb.
ABŞ-nin Avropa İttifaqının maraqlarını təmsil edib-edə bilməyəcəyi barədə suala isə Kallas belə cavab verib:
“ABŞ öz maraqlarını, Avropa İttifaqı isə öz maraqlarını təmsil edir”.

